"Cahan Tea – Dadın zirvəsi!"

Cahan Tea, ən seçmə çay yarpaqlarından hazırlanaraq təbiiliyi və dərin aroması ilə çaysevərlərin sevimlisinə çevrilib. Keyfiyyətli istehsal texnologiyası və ənənəvi dadların vəhdəti nəticəsində Cahan Tea hər fincanda saf zövq təqdim edir. Qara çaydan yaşıl çaya, ətirli bitki qarışıqlarından eksklüziv blendlərə qədər geniş çeşid təqdim edən Cahan Tea, günün hər anına uyğun ideal seçimdir.

Fabrikimiz 2021-ci ildə müasir standartlara cavab verən yeni binaya köçmüş, avadanlıq və istehsal xətləri yenilənmişdir. Məqsədimiz rəqabətə davamlı məhsul istehsal edərək,daxili bazarın tələbatını yerli məhsulları hesabına ödəməkdir.

Texnologiya və Ənənənin Uyumu

Keyfiyyətə Tam Nəzarət

Təbiətdən Zavoda, Zavoddan Sizə

Əsl çay, əsl dad.

Hər qurtumunda təbiətin saflığı, zəhmətin nəticəsi və illərin çay mədəniyyəti gizlidir. Seçilmiş çay yarpaqları, yüksək texnologiyalı istehsal, və hər fincanda hiss edilən fərq.
Biz çaya yalnız içki kimi baxmırıq, bu – zövqün, ənənənin və keyfiyyətin simvoludur.

İstehsalımız və məhsullarımız

Cahan Çay MMC çay istehsalından əlavə,2009-cu ildən qənd isthesalı və şəkər tozu paketləməsi ilə də məşğuldur.Hal-hazırda fabrikdə 2 istehsal sahəsi mövcuddur.Bütün fəaliyyət göstərən sahələrdə məhsullar ən yüksək gigiyena standarlarına uyğun olaraq,son texnologiyalardan istifadə etməklə istehsal olunur və qablaşdırılır.

Tudor Qara çay

Tudor Qara çay Special

Tudor Ətirli çay

Tudor Ətirli çay Special

Hüzur verən əsl ləzzət.

Bir fincan çayın içində təkcə dad yox, hüzur da gizlidir.
Hər qurtumda sakitlik,

rahatlıq və əsl çay zövqü sizi bürüyəcək.
Təbiətdən gələn təmizlik, ustalıqla seçilmiş yarpaqlar və sevgi ilə hazırlanmış hər qarışım –
bütün bunlar bir fincanda sizə hüzur verən əsl ləzzət bəxş edir.

Xammalımız haqqında

Istehsal etdiyimiz çayın xammalı uzun illərdir tərəfaşlıq etdiyimiz Akbar Brother LTD şirkətindən alınır.Bir neçə il Akbar markalı çay müəsissəmiz tərəfindən 100 qr,250 qr və 500 qr qutularda paketlənərək istehsal edilmişdir.

İstehsal və paketləmə gücümüz

Bir fincan çay, bir parça şirinlik

Cahan Çay MMC çay istehsalından əlavə,2009-cu ildən qənd isthesalı və şəkər tozu paketləməsi ilə də məşğuldur. Hal-hazırda fabrikdə 2 istehsal sahəsi mövcuddur. 

Çay istehsalı

Seçilmiş yarpaqlardan müasir texnologiya ilə dəmlənən təbii ləzzət.

Qənd istehsalı

Təmiz xammaldan hazırlanan, hər zövqə uyğun saf şirinlik.

Bizimlə Əlaqə

Ünvan

Naxçıvan MR Naxçıvan şəhər 10-cu küçə 4/1

Copyright © 2025. Cahan Tea. Bütün hüquqlar qorunur.